Türkiyə ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində birlikdə hərəkət edirlər  - Azər Hüseynov

15:05 13.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Erməni könüllüləri Əsəd rejimini qorumaq üçün daim Suriya ordusu tərkibində vuruşublar. Bu baxımdan, bu gün Əsəd rejiminin devrilməsi və yerinə mütərəqqi hakimiyyətin gəlməsi, Türkiyənin təsirinin regionda güclənməsi Azərbaycan üçün də önəmlidir”.

Bunu hafta.az-a siyasi şərhçi Azər Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, Türkiyə gələcək Suriyanın qurulmasında birbaşa iştirak etməkdədir və geosiyasi təsir ərazilərinin onun nəzarəti altına keçməsi çox mühüm hadisədir.

“Suriyada gedən proseslər və digər məsələlər Türkiyənin beynəlxalq müstəvidə əsas rol alan dövlət olaraq müvəffəqiyyətinin göstəricisidir. Hər bir dövlətin əsas məqsədi özünün təhlükəsizliyini təmin etmək, özünə yönəlmiş problemləri aradan qaldırmaq və təsir dairəsini genişləndirməkdir. Bu yöndəki addımları ilə Türkiyə separatçılığın qarşısını almaq üçün ciddi uğur əldə etdi”.
A.Hüseynov bu prosesdə Türkiyə-Azərbaycan münasibətlərinin uğurlu nəticələrə apardığını qeyd edib.

“Türkiyə ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində birlikdə hərəkət edirlər və buna görə də uğurlarını bir-biri ilə paylaşırlar. Hər iki dövlət regionla bağlı uğurların həmmüəllifləri hesab olunur”.

A.Hüseynov Əsəd rejiminin Ermənistanla əlaqələrinin olmasının dəfələrlə isbat olduğunu qeyd edib.

“Erməni diasporu Suriyada, Livanda hər zaman güclü olub. Eyni zamanda ermənilərin Suriya siyasi hakimiyyəti ilə münasibətləri isti olub. Suriya Türkiyə arasında olan probemlərin daha da gərginləşməsi üçün daim ermənilərdən istifadə edilib. Bu baxımdan Əsəd rejiminin süuqtu ermənilərin əlini Suriyada zəiflədəcək”.